Yadıma Sən Düşəndə

Yanvar 8, 2007 at 2:50 səhər (Oxumaq Sözləri, Söz: Hacı Xan Məmmədov)

Dağlara çən düşəndə

Sünbülə dən düşəndə

Ruhum bədəndə oynar

Yadıma sən düşəndə

 

Bu qala daşlı qala,

Cınqılı, daşlı qala,

Qorxuram gec gələsən,

Gözlərim yaşlı qala.

 

Qızıl gül olmayaydı

Saralıb solmayaydı

Bir ayrılıq, bir ölüm

Heç biri olmayaydı

 

Bu qala daşlı qala,

Cınqılı, daşlı qala,

Qorxuram gec gələsən,

Gözlərim yaşlı qala

Daimi bağlantı Şərh yaz