Sarı bülbül

Yanvar 18, 2007 at 10:26 axşam (Oxumaq Sözləri, Oxuyan: Şővkət Ələkbərova)

Vətən bağı al əlvandır,

Yox üstündə xarı bülbül,

Ömür sürməli dövrandır,

Səsin gəlsin sarı bülbül,

Səsin gəlsin sarı bülbül,

Sarı bülbül,

Sarı bülbül,

Sarı bülbül,

 

Geyib yaşıl donun çöllər,

Həvəsində açır güllər,

Töküb şirin-şirin dillər,

Gəl oyadaq yarı bülbül,

Gəl oyadaq yarı bülbül,

Yarı bülbül,

Sarı bülbül,

Sarı bülbül,

 

Bülbül sənin işin qandır,

Aşıqlar oduna yandı,

Nədən hər yerin əlvandır,

Köksün altı sari bülbül,

Köksün altı sari bülbül,

Sarı bülbül,

Sarı bülbül,

Sarı bülbül,

 

Oxu quşlar dilə gəlsin,

Xoş nəfəsin zilə gəlsin,

Yarım gülə-gülə gəlsin,

Mən çalanda sazı bülbül,

Mən çalanda sazı bülbül,

Sazı bülbül,

Sazı bülbül,

Sazı bülbül,

 

Daimi bağlantı Şərh yaz

İstə

Yanvar 18, 2007 at 9:34 axşam (Oxumaq Sözləri, Oxuyan: Yusif Savalan, Oxuyan: Şővkət Ələkbərova)

Öz məğrur eşqimdə təmənnasızam, (2)

Bir damla istəsəm, bir ümman istə! (2)

Mən ki, bir dünyalıq baharam, yazam,

Bircə gül istəsəm, gülüstan istə!

Öz məğrur eşqimdə təmənnasızam,

Bir damla istəsəm, bir ümman istə!

Mən ki, bir dünyalıq baharam, yazam,

Bircə gül istəsəm, gülüstan istə!

Mənə ulduz boyda işıq ver desəm, (2)

Sən məndən Günəşli asiman istə! (2)

Haçan bir saatlıq görüş istəsəm,

Sən bütün ömrümü ərməğan istə!

Mənə ulduz boyda işıq ver desəm,

Sən məndən Günəşli asiman istə!

Haçan bir saatlıq görüş istəsəm,

Sən bütün ömrümü ərməğan istə! (2)


Daimi bağlantı Şərh yaz

Oxu tar

Yanvar 11, 2007 at 10:25 axşam (Oxumaq Sözləri, Oxuyan: Şővkət Ələkbərova, ُSöz: Mikayıl Müşfiq)

Oxumaq:

 

Oxu tar, oxu tar!…

Səsindən nə lətif şerlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Ey geniş kütlənin şirini, şərbəti,

Alovlu sənəti!

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir “zərəfşan”.

Onunçün Segahın danışır,

Pərişan, pərişan.

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

Nağ: Oxu tar, oxu tar!…

Oxu tar, oxu tar!…

Səsindən nə lətif şerlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Ey geniş kütlənin şirini, şərbəti,

Alovlu sənəti!

Ey geniş kütlənin şirini, şərbəti,

Alovlu sənəti!

 

 

Şer :

Oxu, tar, oxu tar!…

Səsindən ən lətif şerlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti,

Alovlu sənəti!

Gözləri qibləyə açılan hasarlı binalar,

Dinləmiş əzəldən səsini.

Papaqlı atalar, çadralı analar,

Ötürmüş sayəndə köksünü:

Düşmüşlər gah şirin, gah acı toruna,

Sevinə-sevinə, qoruna-qoruna.

Çarparaq Çargahın divardan divara,

Yolçunu yolundan eyləmiş avara.

Çalxalanmış dərələr, təpələr,

Səs vermiş səsinə ləpələr.

Oxu tar:

fikrimdə oyansın,

Baharın, Seyidin qəzəli;

Oxu, tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!

Damağdan düşənlər,

Ürəyi şişənlər,

İlkbahar seyrinə çıxmayan,

Özünü dağların döşünə yıxmayan

Sinəsi dağlılar,

Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,

Dəxilin olmuşlar,

Qapında təsəlli bulmuşlar.

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir “zərəfşan”.

Onunçün Segahın danışır,

Pərişan, pərişan.

Səsini dinləmiş

Şahların, xanların sarayı;

Səninlə birlikdə inləmiş

Əsirlər alayı.

Bə’zən də simlərin qəmləri ovudar,

Olardın onların sirdaşı

Sən ey tar!…

Gülləri əməkçi barmaqlar qanından

Rəng alan xalçalar,

Xalçalar üstündə uzanmış

Dodağı qönçələr,

“- Hey, saqi, mədət qıl, soyudu şərabın,

İncitmə könlünü bu xanexərabın!”

Söyləyən tox sözlü şairlər,

Həvəsdən doymayan ac gözlü şairlər:

Nədimlər, Vaqiflər,

Gözəllik sirrinə vaqiflər

Hep səni dinləmiş;

Oxumuş, inləmiş.

İndi də bizimçin oxu, tar!

Səni kim unudar?

Sən qulluq etmədin məscidə, axunda,

Çalışdın, həyatı sevməyin uğrunda.

Çoxları üzünə durdular,

Könlünü qırdılar.

Nə deyim o yekəbaşlara?!

Çaldılar ruhunu daşlara.

Üstündən bir qara yel kimi əsdilər,

Səsini kəsdilər,

Daşlandı çəkənlər nazını,

Böyləcə qırdılar aşığın sazını.

Sən xalqa “gül!” dedin.

“Ey qüssə, öl!” dedin.

Başladı məsciddə mərsiyə.

Sarıqlı çıxınca ərsəyə

Qüssəmiz ölmədi,

Xalqımız gülmədi.

Ağladıq daima, ağladıq,

Ey qədim aşina, ağladıq,

Oxu, tar! Dəyişdi zamana,

Bax indi radio səsini

dağıdır cahana.

Ey tarçı, çal, oxu!

Könlümü al, oxu!

Vur sazı döşünə, ey aşıq!

Qalmamış nə əba, nə qaba, nə sarıq.

Oxu ,tar! Alovlu izlərin

Əcəba, neçə sıx dilbərin

Yasəmən üzünü pul kimi qızartmış?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

Oxu, tar! Mən səndə

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə

İstəsəm, çevirə bilərəm.

Qəlblərdə gizlənən keçmişi

Bir yeni nəğmənin əliylə

Devirə bilərəm!

Oxu, tar!

Fabrikdə, zavodda,

Traktor başında.

Bu saat qarşında

Nə qədər adam var!

Utanma, oxu, tar!

Mə’dənli Bakımın

Pambıqlı Gəncəmin,

İpəkli Şəkimin

Acısı, şərbəti

Alovlu sənəti.

Oxu, tar, oxu, tar!…

Səsindən ən lətif şe’rlər dinləyim.

Oxu, tar, bir qadar!…

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütləmin şirini, şərbəti,

Alovlu sənəti!..

Mikayıl Müşfiq

1933-1934

Daimi bağlantı 1 Şərh

Sən dönsən də mən dönmərəm

Yanvar 8, 2007 at 2:54 səhər (Oxumaq Sözləri, Oxuyan: Şővkət Ələkbərova)

Ay şöhrətim şanım mənim

Halı pərişanım mənim

Küsüb məndən özgələrdən

Məni soruşanım mənim

Sən dönsən də mən dönmərəm

Günəş sönər mən sönmərəm

Əzabından deyinmərəm

Var bölə nişanım mənim

 

Burazda səbir eylə ey yar mehriban gəlirəm

Sənin yolunda fədadır bu cisim o can gəlirəm

Vəfalı bülbülünəm həsrəti camalınla

Çəmən çiçəkləri tək bağrım oldu qan gəlirəm

Mənə təsəlli verən bir sənin xəyalindir

Özgə bir dilbərə halım dəyər bəyan gəlirəm

Behişt ola qürbət genə cəhənnəmdir

Vətən məhəbbəti vermir mənə aman gəlirəm

Mənim bu halımı Vahid nigara tez yetirin

Unutmasın məni o yarı həmzəban gəlirəm

 

Sən gizlədib gül üzünü

Gəl qaratma gündüzümü

Söz eyləyib hər sözümü

Küsüb barışanım mənim

Sən dönsən də mən dönmərəm

Günəş sönər mən sönmərəm

Əzabından deyinmərəm

Var bölə nişanım mənim

Daimi bağlantı Şərh yaz

Qurban Adına

Yanvar 8, 2007 at 2:15 səhər (Oxumaq Sözləri, Oxuyan: Şővkət Ələkbərova, ُSöz: Süleyman Rüstəm)

Qurban adına, bir sal yadına,

Sənin oduna, yandım bilmədin.

Yetər qüssə, qəm, mən seni hərdən

Könlümə həmdəm sandım bilmədin.

 

Nağarat:

Gərək biləydin, deyib güləydin,

Qurban adına, bir sal yadına,

Senin oduna yandım, bilmədin.

 

Ellər gözəli, məni sevəni,

Şux gözəlləri, dandım, bilmədin.

Ömrümün gülü, kolumun gülü,

Sevdiyim ili, ay gülüm, andım, bilmədin.

 

Nədir bu hicran?

Seni hər zaman,

Əziz mehriban, a gülüm, sandım, bilmədim.

Daimi bağlantı Şərh yaz

Nizami

Yanvar 8, 2007 at 2:00 səhər (Oxumaq Sözləri, Oxuyan: Rəşid Behbudov, Oxuyan: Şővkət Ələkbərova)

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləm də sənin şəninə şayan.

Gel eylə nəvaziş, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki Könül haradadır? Aldım bu cavabı:

“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

“Rəhm eylə” deyib, sel kimi göz yaşımı tökdüm

Kim, qanım ilə oynama, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,

Sənlə necə rəftar eləsin, ey mahı – taban?

Daimi bağlantı Şərh yaz