Üzüyümün Qaşı Firuzədəndir

Yanvar 8, 2007 at 2:49 səhər (Oxumaq Sözləri, Oxuyan: Lütfiyar İmanov)

Üzüyümün qaşı firuzədəndir

Könlüm açılmayır bu gün, nədəndir

Yaman gündə dost əlindən bərk yapış

Dünyanın həvəsi keçib gedəndir

 

Bizim bağlar, çöllər xoş bir tamaşa

Sonalar göllərdə gəzərlər qoşa

Necə çətin olsa ömrün yolları

Birlikdə yorulmaz vurarıq başa

 

Bulud gələr, çiskin çilər, çən eylər

Yar yarından ayrı düşsə qəm eylər

Sevgilimdən necə qalım aralı

Bir baxışla qəlbə yüz məlhəm eylər

Daimi bağlantı Şərh yaz

Bu Gecə

Yanvar 8, 2007 at 1:56 səhər (Oxumaq Sözləri, Oxuyan: Fidan Hacıyeva, Oxuyan: Lütfiyar İmanov)

Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə

Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə

Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,

Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Araz axma desəm mən, inan, axmaz bu gecə

Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə

Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,

Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Daimi bağlantı Şərh yaz

Gözəlim Sənsən

Yanvar 8, 2007 at 1:27 səhər (Oxumaq Sözləri, Oxuyan: Lütfiyar İmanov)

Gözəlim sənsən,

Qəlbimin tacı,

Gözümün nuru,

Dərdim əlacı.

Uca dağ başında

Ceyran yol eylər.

Ureyin başında

Tikan kol eylər.

Örpəyin sari

Gel mənə sari.

Tikanı yox eylə

Yaramı sari.

Yaralıyam dəymə,

Dəymə dəymə dəymə

Könlümün budağın əymə!

Əymə əymə

Daimi bağlantı Şərh yaz