Aman ovçu

Yanvar 16, 2007 at 7:28 axşam (Oxumaq Sözləri, Oxuyan: Fidan Hacıyeva)

Aman ovçu, vurma məni,

Mən bu dağın, ay balam, maralıyam,

 

Aman ovçu, vurma məni,

Mən bu dağın, ay balam, maralıyam,

 

Maralıyam, həm yaralı,

Ovçu əlindən, ay balam, yaralıyam

 

Maralıyam, həm yaralı,

Ovçu əlindən, ay balam, yaralıyam

 

Bu dağlarda, maral gəzər,

Ayaqların, ay balam, daşlar əzər

 

Bu dağlarda, maral gəzər,

Ayaqların, ay balam, daşlar əzər

 

Mən yarıma neyləmişəm?

Yarım məndən, ay balam, kənar gəzər

 

Mən yarıma neyləmişəm?

Yarım məndən, ay balam, kənar gəzər

 

Daimi bağlantı Şərh yaz

Sarı gəlin

Yanvar 16, 2007 at 7:14 axşam (Oxumaq Sözləri, Oxuyan: Fidan Hacıyeva)

Saçın ucun hörməzlər

Gülü sulu dərməzlər

Sarı gəlin

 

Saçın ucun hörməzlər

Gülü sulu dərməzlər

Sarı gəlin

 

Bu sevda nə sevdadır

Səni mənə verməzlər

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

 

Bu sevda nə sevdadır

Səni mənə verməzlər

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

 

Bu dərənin uzunu,

Çoban qaytar quzunu, quzunu

Bu dərənin uzunu,

Çoban qaytar quzunu, quzunu

 

Gün ola mən bir görəydim

Nazlı yarımın üzünü

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

 

Gün ola mən bir görəydim

Nazlı yarımın üzünü

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

 

Daimi bağlantı 25 Şərh

Söhbətim sazım

Yanvar 16, 2007 at 7:04 axşam (Oxumaq Sözləri, Oxuyan: Fidan Hacıyeva)

Su atıb döndüm evə

Sən yola düşdün,

 

Su atıb döndüm evə

Sən yola düşdün,

 

Tez qayıdıb gələrəm

Gözlədim, içdim,

Gözlədim, içdim

 

Söhbətim sazım,

Baharım, yazım

 

Söhbətim sazım,

Baharım, yazım

 

Tez qayıt, ürəyimdə

Qalmasın arzum

Qalmasın arzum

 

Evimiz, Eyvanımız,

Olmasın sənsiz

 

Evimiz, Eyvanımız,

Olmasın sənsiz

 

Tez qayıt, gülərimiz

Solmasın sənsiz,

Solmasın sənsiz

 

Söhbətim sazım,

Baharım, yazım

 

Söhbətim sazım,

Baharım, yazım

 

Tez qayıt, ürəyimdə

Qalmasın arzum

Qalmasın arzum

Daimi bağlantı Şərh yaz

Bu Gecə

Yanvar 8, 2007 at 1:56 səhər (Oxumaq Sözləri, Oxuyan: Fidan Hacıyeva, Oxuyan: Lütfiyar İmanov)

Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə

Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə

Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,

Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Araz axma desəm mən, inan, axmaz bu gecə

Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə

Təkcə sen yoxsan, əzizim, bilir aləm bu gecə,

Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Daimi bağlantı Şərh yaz