Qoy Gülüm Gəlsin Ay Nənə

Yanvar 8, 2007 at 2:10 səhər (Oxumaq Sözləri, Oxuyan: Rəşid Behbudov, ُSöz: Fikrət Əmirov)

Mən aşiqəm zirə sən,

Zəfəransan, zirəsən,

O günə qurban olum,

Sən qapıdan girəsən.

 

Qoy gülüm gəlsin, ay nənə

Qoy yarım gəlsin ay nənə

Qapıda duran oğlana

Bir rəhmin gəlsin, nənə

 

Qarabağın düzü var,

Düzlərində quzu var,

İki könül bir olsa,

Kimin ona sözü var?

 

Qoy gülüm gəlsin, ay nənə

Qoy yarım gəlsin ay nənə

Qapıda duran oğlana

Bir rəhmin gəlsin, nənə

 

Arazam-Kürə bəndəm

Bülbüləm-gülə bəndəm

Dindirməyin, alaram,

Bir şirin dilə bəndəm.

 

Qoy gülüm gəlsin, ay nənə

Qoy yarım gəlsin ay nənə

Qapıda duran oğlana

Bir rəhmin gəlsin, nənə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: